“PAŞA Həyat” Sığorta şirkətinin yığımlarının həcmində azalma olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-may ayları üzrə açıqladığı hesabata əsasən, şirkət sözügedən dövr ərzində 94,118 mln. manat həcmində sığorta haqqı toplaya bilib. Ötən ilin analoji dövründə isə şirkətin yığımlarının həcmi 128,907 mln. manat olub. Son bir illə müqayisədə şirkətin məcmu yığımlarının həcmində 34,789 mln. manat və ya 36,9% azalma qeydə alınıb.
Yığmların əksinə olaraq, son bir il ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə verilən ödənişlərin həcmində artıb olub. Belə ki, “PAŞA Həyat”ın sığorta ödənişlərinin həcmi illik müqayisədə 11% və ya 2,305 mln. manat artaraq 23,804 mln. manata çatıb.
“PAŞA Həyat”ın yığımları azalıb, ödənişləri artıb – SON BİR İLDƏ
12:40
26 İyun 2019