Dövlət Sığorta Şirkəti 1991-1997- ci illər ərzində hərbi qulluqçuların varislərinə sığorta ödənişlərinin verilməsinə dair məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ölkə Prezidenti cənab İlham Əliyevin 19 aprel 2018-ci il tarixli 1 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazı bütövlüyü uğrunda həlak olmuş, itgin düşmüş, hərbi qulluqçuların varislərinə birdəfəlik yardım edilməsi Əmək və Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Nazirliyin rəsmi internet saytlnda adları göstərilən bir qrup hərbi qulluqçuların varisləri Dövlət Sığorta Şirkətindən sığorta ödənişlərinin onlar tərəfində alınmadığını idda edirlər.
Bununla əlaqədar məlum edirik ki, 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itgin düşmüş hərbi qulluqçuların varislərinə həmin dövürdə olan “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Qanuna əsasən Dövlət Sığorta Şirkətin tərəfindən 50.000 – 200.000 manat məbləğində sığorta ödənişi həyata keçrilirdi.
Vətəndaşlar yaşadıqları ünvan üzrə Dövlət Sığorta Şirkətinnin rayon (şəhər) filiallarına ərizə, ölüm haqqında şəhadətnamə, hərbi komissarlıq tərəfindən verilən hərbi xidmətdə olmalarını təsdiq edən sənədlərini təqdim etdikdən sonra Şirkətin rayon(şəhər) filiallarınnın müvafiq arayışı əsasında rayon notarial kontorlarında Vərəsəlik haqqında Şəhadətnamə alınıb Şirkətə təqdim edilirdi. Vərəsəlik hüququnu təsdiq edən Şəhadətnamədə müəyyən edilmiş varisə və yaxud vərəsələrə öz istəkləri ilə adlı çeklə pulu almaq və yaxud Əmanət Bankında olan hesaba köçürməklə ödənilirdi.
(Qeyd: həddibuluğa çatmamış varis uşaqların adlarına sığorta ödənişi Əmanət Bankına köçürülürdü).
Sığorta Şirkəti tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesaba köçürülmüşdür. Belə ki, Neftcala, Kəlbəcər, Suraxanı, Nərimanov və digər rayon filiallarında şikayətçi vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, Neftcala rayonundan şəhid olan İsmayılov Möhübbtə İmanverdi öğlunun, Rəcəbov Rəvan Abdulrza oğlunun, Kəlbəcər rayonundan Şərifov Zaur Faiq oğlunun, Bayramov Xalis Sultanəli oğlunun, Qədimov Azər Baris oğlunun, Nərimanov rayonundan Xamuyev Fərman Teymur oğlunun, Həsənov Asif Dadaş oğlunun, Əhmədov Etibar Hümbət oğlunun, Zaqatala rayonundan şəhid Hüseyn Allahyarovun anası Sərvinaz Allahyarova və sair varislərin adlarına adlı çeklə və Əmantə Bankına köçürmə yolu ilə sığorta ödənişi məbləğlərinin ödənilməsi tərəfimizdən sübuta yetrilmişdir.
Həmçinin bildirmək istərdik ki, şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkəti ilə yanaşı bu məsələ ilə bağlı Əmək və Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlər edirlər.
Əmək və Sosial Müdafiəsi Nazirliyin məsələyə aydınlıq gətirmək üçün öz növbəsində araşdırma aparmış və şikayətçi vətəndaşların sığorta ödənişi almaları barədə Respublika Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar etmişdir. Belə ki, şəhid Rzayev Nəsimi Məcid oğlunun, Şərifov Zaur Faiq oğlunun, Bayramov Xasil Sultanəli oğlunun, Musayev Zahid Daşqın oğlunun, Mehdiyev Taleh Teymur oğlunun, Xamuyev Fərman Teymur oğlunun, Abışov Məhərrəm Qubad oğlunun, Həsənov Asif Dadaş oğlunun, Qədimov Musa Əziz oğlunun, İsmayılov Möhübbət İmanverdi oğlunun, İbrahimov Əmir Əsgər oğlunun, Ağabalayev Atabala Sərmağa oğlunun, Tağıyev Həmid Bəhmən oğlunun varislərinə sığorta ödənişinin verilməsi üçün vərəsəlik haqqında şəhadətnamələrin surətləri Əmək və Sosial Müdafiəsi Nazirliyin əməkdaşları tərəfindən Baş Notarial Kontorunun arxivindən alınmışdır ki, bu da həmin şəxslərin varislərinə sığorta ödənişlərinin verilməsini təsdiq edir.
Beləliklər, bir sıra şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkətindən o vaxtlar sığorta ödənişi almaları sübuta yetrilərək iddalarınin əsassız olduğu müəyyən edilmişdir.
Hazırda şikayətçilərin ərizələri əsasında Ədliyyə Nazirliyinin Baş Notariat Kontoruna və Əmanət Bankının hüquqi varisi olan Kapital Banka sorğu göndərilməklə bu məsələyə aydınlıq gətirməklə onlara olan sığorta ödənişinin almaları barədə məlumat veriləcəkdir.
“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra Hakimiyyəti orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddətləri göstərilməklə siyahısı”nın 254-cü bəndinə əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarılışı, iş naryadları, cədvəllər, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, əmtəə materiallarının uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları) saxlanılması müddəti 5 il göstərilmişdir.
Bu səbəbdən 1991-97 ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən hərbi qulluqçuların dövlət icbarı şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilmişdir.
Sənədlərin Dövlət arxivinə təhvil verilməsi barədə müvafiq aktlar mövcuddur.
Buna baxmayaraq 1991-1997- cil illərdə hərbi qulluqçuların varislərinə sığorta ödənişinin verilməsinə dair Şirkətdə və rayon, şəhər filiallarında ilkin qeydiyyat jurnalı aparılmış və hazırda kompüter proqramına daxil edilməklə saxlanılır.
Bu məsələnin araşdırılması Şirkətin rəhbərliyinin ciddi və gündəlik nəzarətindədir.
Ödənişin verilməməsi ilə bağlı Dövlət Sığorta Şirkətindən - AÇIQLAMA
11:49
18 Okt 2018