FED.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin yanvar-avqust ayları üzrə açıqladığı rəqəmlər əsasında həmin şirkətlərin siyahısını təqdim edir.
Məlum olub ki, bu ilin 8 ayında müxtəlif sığorta hadisələri üzrə ən az sığorta ödənişi “Rəvan Sığorta, “Bakı Sığorta”, “Amrah Sığorta” və “Naxçıvan Sığorta” şirkəti olub.
Qeyd edək ki, sığorta ödənişinin həcminin az olmasının bir neçə səbəbi ola bilər ki, bunlardan biri də yığımların az olmasıdır. Lakin yığımların həcminin çox olması və ödənişlərin az olması şirkətin müvafiq sığorta hadisələrinə görə ödənişlərdən əsaslı və ya əsassız yayınmasından xəbər verir.
Ödənişlərin həcminin çox olması, eləcə də ödənişlərin vaxtında və operativ şəkildə həyata keçirilməsi müştəri məmnuniyyəti səviyyəsinin ölçülməsi üçün əsas alətlərdən biri hesab olunur.
FED.az sizə ən az sığorta ödənişi edən şirkətlərin siyahısını təqdim edir.
Şirkətin adı | Sığorta ödənişləri (AZN) |
“Rəvan Sığorta” | 234 100 |
“Bakı Sığorta” | 147 300 |
“AmrahSığorta” | 38 400 |
“Naxçıvan Sığorta” | 3 300 |