Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müştəri məmnuniyyəti səviyyəsinin artırılması, eləcə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artılması istiqamətindəki fəaliyyətini uğurla davam etdirir.
FED.az biznes maliyyə portalı tərəfindən aparılan araşdırmaya əsasən, Dövlət Sığorta Şirkəti yığımlar və müştərilərə ödənilən vəsaitlərin həcminə görə sığorta şirkətləri sırasında TOP 3 - də yer alıb.
Belə ki, Azərbaycan Mərkəzi Bankın (AMB) cari ilin yanvar-dekabr ayları üzrə açılqadığı rəsmi hesabatına görə, qeyd olunan dövr ərzində Dövlət Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən 54,040 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2020-ci ilin yanvar-dekabr ayları müqayisədə 4,918 mln. manat və ya 10,01% çox olub.
Hesbat dövründə yığımlardan əlavə şirkətin sığorta ödənişlərində də ciddi artım müşahidə olunub. Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin həcmi 59,785 mln. manata çatıb. Əvvəlki (2020) ilin müvafiq göstəricisi ilə müqayisədə şirkətin sığorta ödənişlərinin həcmində 26,434 mln.manat və ya 79,26% artım qeydə alınıb.
Qeyd edək ki, sığorta ödənişlərinin həcminin çox olması, o cümlədən ödənişlərin zərərçəkmiş müştərilərə vaxtında və müvafiq qanunvericiliyə uyğun qaydada ödənilməsi sığorta şirkəti üçün müştəri mımnuniyyəti səviyyəsinin ən yaxşı göstəricilərindən (alətlərindən) biri hesab olunur. Dövlət Sığorta Şirkəti strateji fəaliyyətində bu prinsipləri nəzərə alaraq bazardakı mövqeyini daha gücləndirir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Xatırladaq ki, sığorta bazarının lokamativlərindən hesab olunan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ölkədə uğurlu fəaliyyəti ilə seçilən ilk üçlüyə daxildir. Şirkət müştərilərə qanunvericiliklə nəzərdə tutulan icbari və sərfəli şərtlərlə könüllü sığorta növləri təklif edir.