Azərbaycanın sığorta bazarı, könüllü və icbari sığorta növləri, bu sahədə gözlənilən yeniliklər və planlar Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə bu gün KİV nümayəndələri üçün keçirilən seminarda müzakirə olunub.
Mətbuat üçün maarifləndirici məqsəd daşıyan və dialoq formasında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.
Təlimdə İSB-nin icraçı direktoru Rəşad Əhmədov və MBNP-nın Sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov geniş təqdimatla çıxış ediblər.
Sığorta bazarının nümayənələri mətbuatın çoxsaylı suallarını da cavablandırdılar.
Təlimdən sonra KİV nümayəndələrinin sığorta şirkətinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində sığorta mexanizminin təcrübədə həyata keçirilməsi, o cümlədən satış mexanizmi, iddiaların tənzimlənməsi, anderraytinq və təkrarsığorta və müştəri məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar təqdim edilib.
«Bilirsiniz sığorta nədir?!» - Mətbuat üçün seminar keçirilib
19:45
24 İyun 2019