“Bakı Sığorta” şirkətinin cari ilin yanvar-avqust ayları üzrə yığımlarının həcmi açıqlanıb. FED.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin 8 ayı üzrə açıqladığı rəsmi hesabatında qeyd olunub ki, şirkətin bu ilin yanvar-avqust ayları üzrə topladığı sığorta haqlarının həcmi 682 300 manat, sığorta ödənişlərinin həcmi isə 147 300 manat olub.
Şirkətin yığımlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% azalıb. Son bir ildə şirkətin sığorta ödənişlərinin həcmində də azalma qeydə alınıb. Belə ki, sığorta hadisələri üzrə verilən ödənişlər 21,9% azalaraq 147 300 manat olub.
Qeyd edək ki, Palatanın cari ilin yanvar-iyul ayı üzrə açıqladığı hesabatda da şirkətin yığımlarında azalma qeydə alınmışdı.
Yığımların azalma səbəbini bilmək üçün qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
“Bakı Sığorta” 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri “Bank Respublika”, “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir. Şirkət 27 növ üzrə sığorta xidmətləri təqdim edir.
"Bakı Sığorta"nın yığımları azalır - HESABAT
11:39
22 Sen 2018