Azərbaycanda işsizlikdən sığorta ödənişinin orta məbləği 80,40 manat artaraq 276,4 manat təşkil edib.
Eləcə də bax:Azərbaycanda əhalinin neçə faizinin - BANK VƏ SIĞORTA ŞİRKƏTLƏRİNDƏ İŞLƏDİYİ AÇIQLANIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər olmuş, onların 37,7 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olmuşdur. Bu məbləğ 2019-cu il yanvarın 1-nə olan məbləğlə müqayisədə 80,40 manat və ya 41% çoxdur.
Belə ki, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər olmuş, onların 37,2 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 196,0 manat olmuşdur.