Azərbaycanda iqtisadi fəal əhalinin neçə faizinin bank və sığorta sektorunda çalışdığı məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olmuş, onlardan 4938,5 min nəfərini məşğul əhali təşkil etmişdir.
Eləcə də bax: Bank və sığorta sektorunda çalışanlanrın - SAYI AÇIQLANIB
Məlumata görə, ölkədə iqtisadi fəal əhalinin 1,7% maliyyə və sığorta sahəsində çalışır.
Qeyd edək ki, 2019-cu il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1644,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,4 min nəfər təşkil etmişdir.