“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 28 dekabr 2026-cı il tarixində, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ünvanında yerləşən “Gümüş Plaza” iş mərkəzində keçiriləcəkdir.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
-
“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2027-ci il üzrə Büdcə Planının müzakirəsi və təsdiq edilməsi;
-
Baş risk inzibatçısı vəzifəsinə Elgiz Həmzəyevin yenidən seçilməsi.















