Azərbaycan Mərkəzi Bankı 9 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar dekabrın 30-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.