Azərbaycan Sığortaçılar Assosasiyasının rəsmi səhifəsində (www.asa.az ) ilk dəfə müştərilərə göstərilən xidmətin keyfiyyətinə görə sığorta şirkətlərinin reytinqinin nəticələri açıqlanıb.
FED.az-ın xəbərinə görə, reytinq ASA-ya sığortalıların daxil olmuş rəyləri əsasında tərtib edilib. Reytinq cədvəlinə 22 sığorta şirkəti daxil olub.
Nəticədə, müştəri yönümlülüyə görə birinci yeri A-Qroup Sığorta Şirkəti qazanıb.
Müştərilərin marağı həmişə A-Qroup-un diqqət mərkəzində olub, 23 il ərzində öz sığortalılarının qeydinə qalır və onlara dünya standartlarına cavab verən yüksək ixtisaslı xidmət göstərir.
A-Qroup Sığorta Şirkəti öz xidmətlərində həssaslıq və diqqət göstərərək rahat istifadə şəraiti yaradaraq, yüksək keyfiyyətli xidmət göstərdiyinə əmindir.
A-Qroup müntəzəm olaraq Sığortalılarının məmnuniyyət səviyyəsini tədqiq edir. Əldə edilən məlumatlar A-Qroup-u ən qabaqcıl sığorta şirkəti etmək üçün ona kömək edir.
Diqqətlə yanaşma, sığortalılara olan sevgi, həssaslıq və yüksəktexnologiyalılıq- Assosasiyanın saytında müştərilər tərəfindən əsas müsbət cəhətlər kimiqeyd olunub.