Azərbaycanda əczaçılıq məhsullarının satışı və istehsalı sahəsinə investisiya qoymaq istəyən Türkiyənin "Demirören Holdinq"inə İqtisadiyyat Nazirliiyinin Pirallahı Sənaye Parkında 50 hektar ərazi veriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, sözügedən layihədə nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC də iştirak edəcək. İnvestisiya layihəsində yerli universitetlərlə birgə təhsil proqramlarının reallaşdırılması də öz əksini tapıb.
Xatırladaq ki, layihə ilə bağlı anlaşma memorandumu bu il dekabrın 6-da imzalanıb.