Türkiyənin tanınmış sənaye və xidmətlər holdinqi “Demirören” Holdinqi ilə Azərbaycanın iqtisadiyyat nazirliyi arasında əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memoranduma əsasən holdinq Azərbaycan iqtisadiyyatına 40 milyon dollar investisiya yatıracaq.
«İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə ediləcək» - deyə bildirilir.
Türkiyənin məşhur holdinqi: «Azərbaycan bazarının 50%-ni əhatə edəcəyik» - MÜSAHİBƏ
Xatırladaq ki, bu “Demirören Holding”in Azərbaycanda ilk yatırımı deyil. Bu ilin fevralında Azərbaycanın dövlət şirkəti olan “Azərlotereya” ASC də “Demirören Holding” şirkətinə, daha dəqiqi onun törəmə şirkəti olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib.
«Paşa Holdinq»in maliyyə qurumları Azərbaycanda bir ildə – 380 MİLYON QAZANIB
Budəfəki investisiya isə əczaçılıq məhsullarının istehsalına yönəlib. «Demirören Holding» Azərbaycanda dərman istehsalı fabrikinə 40 milyon dollar ytaıracaq, strateji investisiya təxminən 500 nəfərin işlə təmin olunmasına imkan verəcək.
Bununla bağlı ilkin saziş dekabrın 16-da Bakıda keçirilən mərasimdə imzalanıb. Mərasimdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, «Demirören Holding»in sədri Yıldırım Dəmirörən və Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı iştirak ediblər.
«500 nəfərlik iş yerinin yaradilmasini gözləyirik».
Tədbirdə Dəmirören Holdinq İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, «Bu, dərman sənayesinə iki mərhələli sərmayədir. Birincini 3 ilə bitirəcəyik, inşallah. Sonra ikinci mərhələyə başlayacağıq. 500 nəfər üçün iş yeri yaradılacağını gözləyirik. Əczaçılıq sənayesinin qabaqcıl adlarından biri olan Abdi İbrahimdən Ar-Ge dəstəyi də var»- deyib.
«Yerli istehsala əhəmiyyətli qapi açacaq»
Nazir Mikayıl Cabbarov isə çıxışında Dəmirören Holdinqə təşəkkür edib və türk iş adamlarına müraciət edib. Cabbarov, «Bu, Demirören Holding ilə Azərbaycan arasında ilk investisiya deyil. Bu, səhiyyə sahəsində dərman bazarında yerli istehsala əhəmiyyətli bir qapı açacaq» dedi.
Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı da investisiyanın əhəmiyyətinə diqqət çəkərək, Türkiyə ilə Azərbaycanın hər sahədə əməkdaşlıq etdiyini vurğulayıb. Bağcı, «Bu gün podratçı şirkətlə Türkiyə əlaqələrindən bəhs edilir. İndi səhiyyə, turizm, sənaye və əczaçılıq sektorlarına sərmayələr qoyulur. Azərbaycanda investisiyalar təkcə Azərbaycanda deyil, bütün Müstəqil Dövlətlər birliyinə açılmağa imkan verir.
Dərman zavodunun açılması ilə bağlı yekun müqavilənin 3 ay ərzində imzalanması gözlənilir və yaxın aylarda fabrikin təməli qoyulacaq.