İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH” MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: “Sumqayıt Texnologiyalar Parkı” - 3 Yeni Şirkət Yaradıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.
“STP-AH” MMC-nin nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi Rauf Surxay oğlu Atakişiyevdir. Rauf Atakişiyev həmçinin STP-nin direktorudur.