İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium”, “STP Global Cable” və "STP Metal Structures" MMC-ləri dövlət qeydiyyatına alıb.
Eləcə də bax: “Akkord”a daxil olan - İki Şirkət Birləşdirilib
FED.az xəbər verir ki, hər 3 şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.
Onların hər 3-nün nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Surxay oğlu Atakişiyev (STP-nin direktoru), İdris Ağa oğlu Mustafayev və Fərid Fəxrəddin oğlu Ağayevdir. (Report)