“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində STP Şirkətlər Qrupu #yashilplanet şüarı altında ətraf mühitin qorunmasına çağırış edir.
FED.az-a bu barədə STP Şirkətlər Qrupundan məlumat verilib.
Belə ki, istehsalatda tullantıların səmərəli istifadəsi, enerji sərfiyatının minimuma endirilməsi, ətraf mühitin qorunması kimi məsələlərə ciddi önəm verilir.
Məsələn istehsal zamanı istifadə olunan polietilen, plastik, polikorbonat kimi parçalanmayan materiallar yenidən emal olunub xammala çevrilir və istehsalatda ikinci dəfə istifadə edilir. Yenidən emalı mümkün olmayan tullantılar isə “Təmiz Şəhər” layihəsi çərçivəsində bu tip materialları toplayıb emal edən şirkətə ötürülür. Həmçinin istehsalat zamanı ekoloji standartlara cavab verən xammalın istifadəsinə üstünlük verilir.
Qrupa daxil şirkətlərdə istehsal zamanı suyun və enerjinin səmərəli istifadəsinə də önəm verilir. Belə ki, istehsalat sahəsinin təbii işıqlandırılması üçün tavan və divarlara xüsusi örtüklər quraşdırılıb ki, nəticədə enerji sərfiyatı 3.2% azalıb. İstehsal proseslərində istifadə olunan suyun xüsusi sistem vasitəsi ilə dövriyyə edilməsi sayəsində isə ay ərzində 50-60 ton suya qənaət edilir.