TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
TƏBİB son islahatlarla bağlı açıqlama verdi
FED.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətinə son verib.
“Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram”, – deyə paylaşımda qeyd olunub.
E.Hidayətoğlu bildirib ki, 5 ildən artıq müddətdə səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr istiqamətində çalışıb. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri, 2023-cü ilin dekabr ayından isə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Paylaşımında çalışdığı müddətdə media ilə daim açıq və səmərəli əməkdaşlıq qurmağa çalışdığını vurğulayan keçmiş şöbə müdiri bildirib ki, xüsusilə son üç ilə yaxın dövrdə rəhbərlik etdiyi komanda ilə çoxsaylı ictimaiyyətlə əlaqələr layihələri həyata keçirilib.














