Philip Morris International şirkətinin (PMI) Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq regionu üzrə Elmi İşlər direktoru Tomoko Iida Mərakeşin Rabat şəhərində keçirilən Technovation 2026 beynəlxalq tədbirində nikotinin insan beyninə təsiri və onun neyromodulyator xüsusiyyətləri ilə bağlı maraqlı təqdimat edib.
FED.AZ xəbər verir ki, T.Iida təqdimatında qeyd edib ki, nikotin beyindəki nikotinik asetilxolin reseptorları ilə qarşılıqlı əlaqəyə girərək müxtəlif neyromediatorların ifrazına təsir göstərir. Bu təsir nəticəsində dopamin, noradrenalin, asetilxolin, qlütamat, serotonin, beta-endorfin və GABA kimi maddələrin fəaliyyəti dəyişə bilər. Nikotin qısamüddətli perspektivdə əhval-ruhiyyənin yaxşılaşmasına, diqqət və koqnitiv funksiyaların, eləcə də yaddaşın güclənməsinə təsir göstərə bilər. Eyni zamanda, onun motivasiya, öyrənmə prosesi və gərginliyin azalması kimi mexanizmlərdə də rol oynanır.
Bununla yanaşı, tanınmış mütəxəssis təqdimatında nikotinin neyromodulyator xüsusiyyətlərini izah etsə də, bu təsirlərin onun sağlamlıq üçün təhlükəsiz olduğu anlamına gəlmədiyi qeyd edib. Elmi araşdırmalara görə, nikotin yüksək asılılıq yaradan maddədir və uzunmüddətli istifadəsi ciddi sağlamlıq riskləri ilə əlaqələndirilir. Nikotinin beyində yaratdığı bioloji mexanizmlərin daha dərindən öyrənilməsinin tütün və nikotin məhsulları ilə bağlı elmi müzakirələr üçün mühüm əhəmiyyət daşıyır.
T.Iida: əsas təhlükə tütün tüstüsündəki kimyəvi maddələrdir...
Tomoko konfransda təqdim etdiyi məlumatda siqaret istifadəsinin sağlamlığa vurduğu əsas zərər nikotindən deyil, tütünün yanması zamanı əmələ gələn minlərlə zəhərli kimyəvi maddədən qaynaqlandığını vurğulayıb.
Onun sözlərinə görə, nikotin asılılıq yaratsa da, təkbaşına ağciyər xərçəngi, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) və ürək-damar xəstəliklərinin əsas səbəbi hesab edilmir. Əsas risk tütün tüstüsünün tərkibində olan toksik maddələrdən irəli gəlir.
Təqdimatda həmçinin ABŞ Qida və Dərman Administrasiyasının (FDA) və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatlarına istinad edilərək qeyd olunub ki, nikotin asılılıq yaradan maddə olsa da, siqaret tüstüsündəki digər kimyəvi birləşmələr tütünlə əlaqəli xəstəliklərin başlıca səbəbidir.





![Nikotin insan beyninə necə təsir edir? – [red]Tomoko Iiadannın TƏQDİMATINDA[/red] | FED.az](upload/news/small/2235775.jpeg)
![Nikotin insan beyninə necə təsir edir? – [red]Tomoko Iiadannın TƏQDİMATINDA[/red] | FED.az](upload/news/small/4934277.jpeg)









