METAK şirkəti ölkənin mühüm sənaye layihələrindən birinin icrasını davam etdirir.
FED.az xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında polistirol qablaşdırma istehsalı üzrə yeni zavodun tikintisi artıq tamamlanıb.
Layihənin növbəti mərhələsi olaraq, METAK Cənubi Koreyanın VFK şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, VFK müəssisənin əsas texnoloji avadanlıqlarının təchizatını və quraşdırılmasını həyata keçirəcək.
Zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanda ilk dəfə olaraq polistirol qablaşdırma məhsullarının yerli istehsalı təşkil ediləcək. Hazırda daxili bazarın tələbatı əsasən idxal hesabına qarşılanır.
Layihə ölkənin sənaye potensialının gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, yerli istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Müəssisənin yaxın aylarda istismara verilməsi planlaşdırılır.
https://www.instagram.com/p/DZsWhn9MeD4/
https://www.linkedin.com/company/metak-company/posts/?feedView=videos





![METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1985958.jpeg)
![METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1821119.jpeg)
![METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/4078993.jpeg)
![METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/809054.jpeg)
![METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1759924.jpeg)









