Bu ilin yanvar-may aylarında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ixracdan gəlirləri 6,1 milyon ABŞ dolları olub.
QDTİB AZAL ilə müqavilə imzalayıb
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Məlumata görə, şirktətin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 500 min ABŞ dolları və ya 7,6% azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında şirkətin ixracdan gəlirləri 6,6 milyon dollar olmuşdu.
Qeyd edək ki, AZAL ixrac gəlirləri ilə qeyri-neft sektoru üzrə dövlət şirkətləri arasında yeddinci yerdə qərarlaşıb.














