Azərbaycan ixracatçıları bu ilin payızında logistika sahəsində dövlət dəstəyindən yararlanacaqlar.
AZPROMO: Logistika subsidiyası ixracatçıların xərclərini azaldacaq
FED.az xəbər verir ki, bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes-forumunda deyib.
“Yeni xarici bazarlara məhsul ixrac edən sahibkarların logistika xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması və ya subsidiyalaşdırılması nəzərdə tutulur. Bu mexanizmi qeyri-neft-qaz sektorunda çalışan ixracatçılar üçün mühüm və güclü dəstək vasitəsi hesab edirik. Logistika xərclərinin qismən kompensasiya olunması sahibkarların yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər”, - deyə Yusif Abdullayev əlavə edib. (Azərtac)














