Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi cari nəzarət tədbirləri zamanı valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.
Mərkəzi Bank “İDK” və “Prior Credit” BOKT-nin vəzifəli şəxslərini cərimələyib
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, “Eliko” MMC 2020-ci ildə təsis edilib və həmin tarixdə ilk lisenziya qazanan valyuta dəyişmə məntəqəsidir. Yarandığı gündən şirətə direktorluğu Kazımov Ramil Adil oğlu edir.














