2026-cı ilin yanvar-may aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı 29 milyon 600 min ABŞ dolları təşkil edib.
Pambıq ölkəyə valyuta gətirməyə davam edir –30 MİLYON DOLLARLIQ ARTIM
Bu barədə FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə şirkətin ixracı 17 milyon 300 min ABŞ dolları idi. Beləliklə, ixrac 12 milyon 300 min ABŞ dolları və ya 71,1% artıb.
“Azərpambıq”ın göstəricisi aqrar-sənaye ixracında ciddi artım olduğunu göstərir. Şirkətin ixracının 70%-dən çox yüksəlməsi pambıq və əlaqəli məhsulların qeyri-neft ixracında əhəmiyyətli paya malik olduğunu təsdiqləyir.

















