Nova Operating Company
PR Manager
Son tarix 01 avq 2026 - [email protected]
Novikov Group şirkətinə PR Manager vakansiyası üzrə namizəd axtarılır:
Vəzifə öhdəlikləri barədə məlumat:
- Restoranın PR və kommunikasiya strategiyasını icra etmək;
- Sosial media ilə əlaqələri idarə etmək;
- Kampaniya və tədbirlərin təşkili və tanıtımını həyata keçirmək;
- Brend imicini gücləndirən və satışı artıran ideyalar hazırlamaq;
- İnfluenser və tərəfdaşlarla əməkdaşlıq qurmaq;
- Reklam və tanıtım fəaliyyətlərinin effektivliyini izləmək;
Namizədə tələblər:
- PR, marketinq və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Sosial media və PR fəaliyyətləri üzrə biliklər;
- Kreativ düşüncə və təşkilatçılıq bacarığı;
- Güclü ünsiyyət bacarığı;
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
- Səlis Rus dili biliyi mütləqdir,ingilis dili yaxşı səviyyədə ;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Çevik iş qrafiki;
- Nahar təmin edilir;
- Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vakansiya adını “PR Manager” qeyd edərək göndərməsi xahiş olunur.
Restoran Meneceri
Son tarix 01 avq 2026 - - [email protected]
İş yeri barədə məlumat:
- Syrovarnya Restoranı
- Ünvan: Zərifə Əliyeva 2/4.
Vəzifə öhdəlikləri barədə məlumat:
- Şirkətin xidmət standartlarına uyğun olaraq komandanın seçilməsi, təlimləndirilməsi, inkişaf etdirilməsi və idarə olunması;
- Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Satış, rezervasiya, kassa və hesabat proseslərinə nəzarət;
- Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət etmək;
- Qonaq məmnuniyyətinin təmin olunması və problemlərin operativ həlli;
- Restoranın ümumi əməliyyat, texniki, estetik və ümumi nizam-intizam vəziyyətinə nəzarət;
- Avadanlıq, inventar və ləvazimatların düzgün və səmərəli istifadəsinə nəzarət;
Namizədə tələblər:
- Restoran, Xidmət Sahəsi üzrə mütləq 3-5 il iş təcrübəsi;
- Yüksək səviyyədə satış və xidmət standartları üzrə bilik;
- Vaxtın düzgün idarə edilməsi bacarığı;
- Effektiv kommunikasiya və problemləri operativ həll etmə bacarığı;
- Kollektivdə işləmək və liderlik bacarığı;
- Səlis Rus dili biliyi mütləqdir, ingilis dili arzu olunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- 5 günlük iş həftəsi;
- İş növbəlidir və qrafik əsasında tənzimlənir;
- Nahar təmin edilir;
- Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
- Əmək haqqı:1500 AZN+bonus.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vakansiya adını “Restoran meneceri” qeyd edərək göndərməsi xahiş olunur.
















