2025-ci ildə dövlət büdcəsində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün 10.3 milyon, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı üçün 243,1 milyon manat vəsait proqnozlaşdırılıb.
Azərbaycanda ilk dəfə: Özəl aeroport tikilir - 18 TƏYYARƏ DAYANACAĞI, 4000 METRLIK UÇUŞ-ENMƏ ZOLAĞI
FED.az xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərclər bölməsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri üçün 100 milyon manat məbləğində vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 16,9 milyon manat və ya 20,3% çoxdur