Ölkədə dağ-mədən sənayesi və metallurgiya sektorunun inkişafı istiqamətində hazırlanan dövlət proqramı layihəsi yekun mərhələdədir.
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, Prezidentin bu ilin aprel ayında imzaladığı müvafiq sərəncama əsasən, hazırda dağ-mədən sənayesinin inkişafı, eləcə də onunla sıx əlaqəli olan metallurgiya sahəsini əhatə edən dövlət proqramı üzərində işlər tamamlanmaq üzrədir.
Mikayıl Cabbarov vurğulayıb ki, dağ-mədən və metallurgiya sənayesi ölkənin sənaye potensialının artırılması, ixrac imkanlarının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.













