Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Jung Sung İl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezə ölkədə ümumi dəyəri 30 milyard dollardan çox olan dörd nüvə reaktorunun tikintisi üçün ilkin ərizə təqdim edib.
Toyota-nın hibrid avtomobili Türkiyədə - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreya şirkətinin press-relizinə istinadən xəbər verir.
Cənubi Koreya tərəfinin sənədində layihənin həyata keçirilməsi üçün müfəssəl plan öz əksini tapıb. KEPCO bu il obyektin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq və müqavilə imzalamaq niyyətindədir.
2022-ci ildə Cənubi Koreya şirkəti Türkiyə hökuməti ilə ölkənin şimalında atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Reaktorlar 1400 MVt elektrik enerjisi istehsal edəcək. (Marja)