Kənar mənbələrdən də enerji yığa bilən model olan yeni Toyota C-HR, dünyada ilk dəfə "Toyota Automotive Industry Turkey" tərəfindən Sakaryada istehsal ediləcək.
"Toyota" 2023-də 10,6 milyon avtomobil - İstehsal Etməyi Planlaşdırır
FED.az xəbər verir ki, bu barədə "Toyota Automotive Industry Turkey" şirkəti məlumat yayıb.
Açıqlamaya görə, istehsal olunacaq yeni C-HR üçün 317 milyon avroluq əlavə sərmayə ilə Toyota-nın Türkiyəyə ümumi investisiyası 2,3 milyard avroya çatacaq.
Toyota C-HR hibrid və şəbəkədən enerji doldurulan versiyadır.
Yeni C-HR-nin Toyota-nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. (Marja)