"Bakı Dəmir Beton-8" ASC-nin ləğv edilməsi baş tatmayıb.
Eləcə də bax: Azərbaycan şirkətində direktor seçiləcək
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Nəticədə ASC-nin səhmdarlarının yeni növbədənkənar iclasının keçiriməsi nəzərdə tutulur. İclasda şirkətin yeni rəhbərliyi də təyin ediləcək.
Ümumi yığıncaq 4 noyabr 2022-ci il saat 11:00-da Bakı şəhəri, Dərnəgül qəs., Ə.Rəcəbli küç., 11/33 ünvanında keçiriləcəkdir.
Gündəlikdə olan məsələlər:
1. "Bakı Dəmir-Beton-8" ASC-nin ləğv edilməsinin baş tutmamış elan edilməsi və cəmiyyətin ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının ləğv edilməsi.
2. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması (Müşahidə Şurasının yenidən seçilməsi və qanuni təmsilçilik funksiyasını icra edən yeni direktorunun təyin edilməsi).
3. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi.
4. Cəmiyyətin əmlakının üçüncü şəxslərə özgəninkiləşdirilməsi (satılması).
"Bakı Dəmir Beton-8" ASC-nin Ləğvetmə komissiyası