“AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir.
FED.az xəbər verir ki, QSC 8 ildir ki, fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir.