2024-cü ildə Azərbaycanın ümumi un ehtiyatları 1 764 476 ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü illə (1 773 236 ton) müqayisədə ümumi ehtiyatların 8 760 ton və ya 0,5% azalması deməkdir.
İstehsal
2024-cü ildə ölkədə 1 365 906 ton un istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 37 830 ton və ya 2,8% artması deməkdir. 2023-cü ildə bu göstərici 1 328 076 ton olmuşdu.
İdxal
2024-cü ildə ölkəyə 109 860 ton un idxal olunub. Bu, ötən illə müqayisədə idxalın 43 290 ton və ya 28,3% azaldığını göstərir. 2023-cü ildə idxal 153 150 ton təşkil etmişdi.
İlin əvvəlinə qalıq
2024-cü ilin əvvəlinə olan qalıq un ehtiyatı 288 710 ton olub. Bu da ötən ilin müvafiq dövrü (292 010 ton) ilə müqayisədə ehtiyat qalıqlarının 3 300 ton və ya 1,1% azaldığını göstərir.