“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.
Eləcə də bax: «AzerGold» 700 kiloqrama yaxın qızıl-gümüş - İXRAC EDİB - MƏBLƏĞ
FED.az xəbər verir ki, QSC-dən bildirilib ki, müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.
Ümumilikdə, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21.4 %, gümüş hasilatında isə 33.3 % artım qeydə alınmışdır. QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86.2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27.8 milyon ABŞ dolları) daha çoxdur. Nəticədə, Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12.4 milyon ABŞ dolları təşkil etmişdir.
Maliyyə hesabatı və digər maliyyə göstəriciləri üzrə məlumatları Səhmdar Cəmiyyətin rəsmi saytında əldə edə bilərsiniz.