Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.
FED.az xəbər verir ki, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.
Eləcə də bax: Qızıl çıxaran şirkət Azərbaycanla müqaviləni - DAHA 10 İL UZATMAQ İSTƏYİR
Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.
Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 704 unsiya qızıl, 15 274 unsiya gümüşün satışından, ümumilikdə 12 milyon 84,7 min dollar (20 milyon 544 min manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 milyon 250,5 min dollara (73,5 min manat ) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.