Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 190 ədəd yük avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük avtomobili istehsalı 100 ədəd və ya 34,5% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 290 ədəd təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 37 ədəd təşkil edib ki, bu da illik müqayisədə 25 ədəd və ya 40,3% azdır.
Ötən ilin eyni dövründə hazır yük avtomobili ehtiyatı 62 ədəd olub.