Azərbaycanın “Almet Baku” ASC ölkədə ilk dəfə olaraq, PVC örtüklü həsirlərin istehsalına başlayıb.
Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur
FED.az xəbər verir ki, bunu ASC-nin satış müdiri Eduard Nəsibov deyib.
Onun sözlərinə görə, yerli istehsal olmadığından indiyədək PVC örtüklü həsirlər Azərbaycana tam olaraq, xaricdən idxal edilib: “Artıq yerli istehsal olduğu üçün alıcılar məhsulları bizdən almağa başlayıblar. Paslanmayan, daha təhlükəsiz sayılan bu həsirlərin istehsalına yeni başlanılsa da, satış səviyyəsi çox yaxşıdır”.
E.Nəsibov əlavə edib ki, metal həsirlərin istehsalı ilə fəaliyyətə başlayan müəssisə hazırda metal profil, dəmir çubuq, yivli tel çubuq, hörülmüş çəpər həsir (PVC), PVC örtüklü məftil, armatur, ikitavr, sinklənmiş polad təbəqə, polad borular, şveller və polad təbəqələrin hazırlanması ilə məşğuldur. Müəssisənin əsas hədəflərindən biri məftillərin çeşidlərini və istehsal həcmini artırmaqdır.
İstehsal üçün xammal Rusiyadan və Türkiyədən alınır. Şirkət məhsulları ilə Özbəkistan, Qazaxıstan və Avropa bazarına çıxmağa hazırlaşır. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)