Yanvar ayında Azərbaycanda iqtisadi artım qeydə alınıb. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ölkədə 6 milyard 49,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 2% artıqdır. Ümumdaxili məhsulun 3 milyard 278,8 milyon manatı və ya 54,2%-i qeyri-neft sektorunun payına düşüb. Bu sahədə artım 3,9% təşkil edib. Neft sektorunda isə cüzi azalma olub.
Yanvarda əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 618,5 manat təşkil edib. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 1,1% artıb.
Ötən ay ən böyük artım qeyri-neft sənayesində baş verib – 762,7 milyon manatlıq məhsul istehsal edilib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% artıqdır.
Yanvarda əsas kapitala yönəldilən investisiyalar 5,5% azalaraq 960,3 milyon manat təşkil edib. Kənd təsərrüfatı sahəsində 4,3% artım, o cümlədən bitkiçilikdə 33%-dən çox artım baş verib. Yanvar ayındakı əsas statistik göstəricilər belədir:2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Göstəricinin adı | 2018-ci ilin yanvar ayı, faktiki | 2018-ci ilin yanvar ayı 2017-ci ilin yanvar ayına nisbətən, faizlə | Məlumat üçün: 2017-ci ilin yanvar ayı 2016-cı ilin yanvar ayına nisbətən, faizlə |
Ümumi daxili məhsul, milyon manat | 6049,5 | 102 | 100,8 |
o cümlədən qeyri-neft ÜDM | 3278,8 | 103,9 | 101,5 |
Əhalinin hər nəfərinə düşən ÜDM, manat | 618,5 | 101,1 | 99,7 |
Sənaye məhsulu, milyon manat | 3938,1 | 101,5 | 101 |
o cümlədən qeyri-neft sənayesi | 762,2 | 108,7 | 113 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat | 960,3 | 94,5 | 97,9 |
o cümlədən tikinti-quraşdırma işlərinə | 695,7 | 97 | 93,6 |
Kənd təsərrüfatı məhsulu, milyon manat | 288,8 | 104,3 | 103,5 |
o cümlədən: | |||
bitkiçilik | 8,5 | 133,5 | 133,2 |
heyvandarlıq | 280,3 | 103,6 | 102,9 |
Nəqliyyat sektorunda yük daşınması, milyon ton | 16,9 | 100,3 | 105,3 |
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin | 143,7 | 101,6 | 102,7 |
İnformasiya və rabitə xidmətləri, milyon manat | 141,8 | 116 | 97 |
Pərakəndə ticarət dövriyyəsi, milyon manat | 2794,6 | 102,4 | 101,3 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat | 737,5 | 101,3 | 97,3 |
Dövlət büdcəsinin gəlirləri, milyon manat | 1393,1 | 112 | 92,1 |
Dövlət büdcəsinin xərcləri milyon manat | 976,5 | 105,6 | 179,1 |
Dövlət büdcəsinin profisiti, milyon manat | 416,6 | x | x |
Əhalinin nominal gəlirləri, milyon manat | 3882,3 | 111,7 | 104,6 |
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər, manat | 396,9 | 110,7 | 103,4 |
Əhalinin banklardakı əmanətləri, 2018-ci il 01 yanvar vəziyyətinə, milyon manat | 7561,2 | 101,5 | 78,6 |
Kredit qoyuluşları, 2018-ci il 01 yanvar vəziyyətinə, milyon manat | 11757,8 | 71,5 | 75,7 |
o cümlədən vaxtı keçmiş kreditlər | 1626,7 | 110,5 | 97,6 |
Orta aylıq nominal əmək haqqı, manat | 528,2* | 105,7** | 107,0*** |
İstehlak qiymətlərinin indeksi | x | 105,5 | 111,9 |
Əhalinin sayı, 2018-ci il 01 yanvar vəziyyətinə, min nəfər | 9898,1 | 100,9 | 101,1 |
Xarici ticarət dövriyyəsi1), mlyn. ABŞ $ | |||
faktiki qiymətlərlə | 24 257,6* | 112,3** | 83,7*** |
müqayisəli qiymətlərlə | x | 89,3** | 92,7*** |
o cümlədən: ixrac | |||
faktiki qiymətlərlə | 15 475,6* | 118,1** | 79,0*** |
müqayisəli qiymətlərlə | x | 92,9** | 94,4*** |
ondan qeyri-neft ixracı | |||
faktiki qiymətlərlə | 1 538,4 * | 124,4** | 78,2*** |
müqayisəli qiymətlərlə | x | 122,2** | 83,6*** |
idxal | |||
faktiki qiymətlərlə | 8 782,0* | 103,5** | 92,1*** |
müqayisəli qiymətlərlə | x | 83,9** | 89,6*** |
* 2017-ci ildə
** 2017-ci il 2016-cı ilə nisbətən.
***2016-cı il 2015-ci ilə nisbətən.
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.