Azərbaycanın STP Global Cable MMC şirkəti məhsullarının ixrac coğrafiyasını genişləndirmək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə MMC-nin Tədqiqatlar və İnkişaf Departamentinin direktoru Yusif Əhmədov məlumat verib.
Eləcə də bax: Gəncədə Almaniya ilə böyük şirkət yaradılır –132 MİLYON DOLLAR SƏRMAYƏ
Onun sözlərinə görə, şirkət aşağı, orta, yüksək və həddindən artıq yüksək gərginlikli kabellər, həmçinin telefon, fiber optik, sualtı kabellər istehsal edir.
Şöbə müdiri bildirib ki, şirkətin zavodunda istehsal olunan məhsulların 60-70 faizi yerli bazar üçün nəzərdə tutulub.
"Qalan 30-40 faiz məhsul ixrac üçün nəzərdə tutulub. Məhsullarımız Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiyaya tədarük edilir. Yaxın gələcəkdə Macarıstan və digər Avropa ölkələrinə də ixraca başlamağı planlaşdırırıq", - Y.Əhmədov bildirib. (Trend)