Azərbaycan Almaniya şirkəti ilə böyük alüminium şirkəti yaradacaq, Gəncədə qurulacaq şirkət alüminium məhsularının istehsalı və satışı ilə məşğul olacaq.
Azərbaycana Çin investisiyası gəlir - Sumqayıtda böyük zavod – 400 YENİ İŞ YERİ
FED.az xəbər verirki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda bildirilib.
İqtisadiyyat naziri bildirib: «Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir.
Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb.
Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur».