17 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində dövlətlər arası birgə əməkdaşlıq çərçivəsində Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
Sumqayıt Kimya Sənaye Parkında yeni şirkət - 29 milyon manatlıq layihə, 600 iş yeri
AZPROMO ilə Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan konfrans 2 gün davam edəcək. Əsasən ağır, dağ-mədən, kənd təsərrüfatı sənayelərini və s. sahələrin inkişafına yönəldilmiş təbdirdə hər iki respublikanın yüksək vəzifəli şəxsləri iştirak ediblər.
FED.az xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının “DONGFENG Agricultural Machinery” ilə Azərbaycan Respublikasının “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətləri arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumuna əsasən “Dongfeng Agricultural Machinery” şirkəti “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcəkdir.
İstehsal olunan texnikanın qonşu ölkələrin bazarlarında da satılması nəzərdə tutulur. Layihə çərçivəsində, istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı aparılacaqdır.