“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şəki Şərab” MMC-nin nizamnamə kapitalı 587 367 manat və yaxud 11,9% artırılıb.
Eləcə də bax: Azərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb
FED.az xəbər verir ki, şirkətin kapitalı 4 940 187 manatdan 5 527 554 manata çatdırılıb.
Xatırladaq ki, "ASK Şəki Şərab" 2018-ci ildə yaradılıb. Şirkət adından da göründüyü kimi şərab istehsal edərək daxili və xarici bazarlarda satışını həyata keçirir. (Report)