“Bakı Şərab-1” ATSC 2019-ci ili 169 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 25,6% azdır. “Bakı Şərab-1” 2018-ci ili 227 min manat, 2017-ci ili 64 min manat xalis mənfəətlə bağlamışdı. 2018-c ildə “”in xalis mənfəətinin artması xərclərin azalması ilə bağlı idi.
Eləcə də bax: Azərbaycanın yeni viski sənayesi – Göstəricilər Nə Yerdədir?
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Şərab-1”in satışdan gəliri (əsas əməliyyat gəliri) 27,7% və ya 708 min manat artaraq 3 milyon 64 min 694 manata yüksəlib. 2018-ci ildə Şirkətin satışdan gəliri 2 milyon 549 min manat təşkil etmişdi.
Ötən il satışın maya dəyəri isə 34% və ya 777 min artaraq 3 milyon 64 min 694 manat təşkil edib. Xərclər gəlirlərdən daha çox artdığından şirkətin əməliyyat mənfəəti azalıb.
31 Dekabr 2019-cu ildə “Bakı Şərab-1” 4 milyon 123 min 897 manat cəmi aktivlərə malik olub. 2018-ci ilin sonunda ATSC 3 milyon 676 min 361 manat cəmi aktivlərə malik idi. Ötən il “Bakı Şərab-1”də qısamüddətli debitor borclar 637 min manat artaraq 2 milyon 39 min manata çatıb. Şərəb istehsalçısının qısamüddətli kreditor borcları isə 2.3 dəfə artaraq 804 min manata yüksəlib.
Bakı şəhəri, H.Əliyev prospekti 104 ünvanında fəaliyyət göstərən “Bakı Şərab-1” ATSC alkoqollu içkilər istehsal edir. “Zolotoye koltso”, “Vodka N1”, Pşeniçnaya rosa”, “İmperial” və “İmperium” ATSC-nin əsas ticarət markalarıdır. (Marja)