“AzAqromila” şirkəti gübrə istehsalı müəssisəsini işə salıb, layihənin investisiya dəyəri 4,35 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Ramazan Karaşahir məlumat verib.
Eləcə də bax: Azərbaycanda daha bir şirkət tara istehsalına - Başlayıb
Müəssisə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində fəaliyyət göstərir.
“Şirkət müəssisənin yaradılması üçün 900 min manat güzəştli kredit, həmçinin investisiya təşviqi sənədi alıb”, - deyə o bildirib.
Müəssisədə 40 nəfər çalışır, istehsal gücü ildə 6 min ton gübrə təşkil edir. İstehsal Türkiyə texnologiyası əsasında həyata keçirilir.
Hazırda Azərbaycanda bu məhsula illik tələbat 18 min ton təşkil edir. (İnterfaks)