İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-yə rezidentlik statusu verilib.
Hacıqabulda 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradılacaq.
İnvestisiya həcmi 7,3 milyon manatdan çox olan müəssisədə 124 nəfər işlə təmin ediləcək. Zavodda istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə mühüm töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək.