Mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan istehsal müəssisəsində avtomobillərin boyaq, qaynaq və yığım mərhələsi həyata keçiriləcək.
Azərbaycanda avtomobil istehsalı üçün - İKİ FABRİK TİKİLƏCƏK – PREZİDENTLƏ GÖRÜŞ
FED.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
“Bu layihəyə 88 milyon manat vəsait qoyulub. Layihəyə 2025-ci ilin mayında start veriləcək. 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq. Layihə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, istehsalın lokallaşdırılmasına və məşğulluğun təminatına təkan verəcək”, - deyə nazir müavini qeyd edib. (Azərtac)