Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
FED.az xəbər verir ki, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.
Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.
Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.
Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.
PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır.
Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.
Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbayca Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.