Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək və istehsalla məşğul olmaq istəyən şirkət və sahibkarların sayı artmaqdadır.
FED.az xəbər verir ki, Ağdamda yaradılan Sənaye Parkında fəaliyyət göstərmək üçün rezidentlik alan şirkətlərdən biri də «Eel Electric» MMC-dir.
Xatırladaq ki, «Eel Electric» MMC elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur. Hazırda şirkətin Bakıdakı zavodunda 35 və 10 kilovoltluq, eləcə də 0,4 kilovoltduq paylayıcı qurğular istehsal edilir. Söhbət trasformator və yarımstansiyaların tikintisində istifadə olunan avadanlıqlardan gedir.
Şirkətin təsisçisi və idarə heyətinin üzvü, Ağdam sakini olan Bəxtiyar Hüseynov FED.az-a bildirib ki, şirkət 2020-ci ildə qurulub və indiyədək Bakı şəhərində istehsalla məşğul olub.
«Eel Electric» MMC-nin Ağdam Sənaye Parkında rezident statusu aldığı ötən həftə açıqlanıb. Hazırda şirkət sənədləşdirmə və layihələndirmə işlərinə başlayıb. Plana görə, «Eel Electric» MMC-nin indiyədək Bakıda olan istehsal sahəsi, yəni zavodu, Ağdama köçürüləcək və daha da təkmilləşdirilərəkistehsal başlayacaq: «Bakıdakı istehal sahəmizi Ağdama köçürəcəyik və bir qədər də böyüdüb genişləndirəcəyik. Nə qədər tez başlasaq o qədər yaxşıdır ona görə də vaxt itirmədən işlərə başlamaq niyyətindəyik. Qarabağlıyıq, vətənə qayıdırıq, biznesi də aparırıq vətənimizə».
Biznes plana əsasən Ağdamda yaradılacaq yeni müəssisəyə təqribən 1,5 milyon manat yatırılacaq. Çünki müəssisənin bir hissəsi buradan köçürülür, avadanlıqların bir hissəsi var. Əlavə yeni avadanlıqlar da alınacaq.
Yeni müəssisədə ilkin dövrdə 30-40 nəfər çalışacaq, istehsal genişləndirildikcə onların sayı artacaq.
Bəxtiyar Hüseynov FED.az-a bildirib ki, indiyədək «Eel Electric» MMC-nin sahiblərinin xaricdə, Türkiyədə də eyni biznesi olub, Avropa, Afrika və başqa ölkələrə məhsul ixrac ediblər: «Həmin avadanlıqları Türkiyədə istehsal edib Avropa və başqa ölkələrə ixrac edirdik. 2 il əvvəl biznesimizi Azərbaycana daşıdıq, indi isə Qarabağa getmək, biznesimizi orada qurmaq və torpağımıza, bu işlərə töhfə vermək istəyirik».
Bəxtiyar Hüseynovun sözlərinə görə, Ağdam Sənaye parkında rezident statusu almaq, bir qədər vaxt aparsa da, proses çətin olmayıb.
Onnu sözlərinə görə, Ağdamda istehal sahəsi yaratmaq ideyası onda prezident İlham Əliyev Ağdam Sənaye Parkının təməlini qoyanda yaranıb.
«Bu qürurverici hiss idi ki, Ağdamda belə işlər başlayır və belə diqqət var. Biz arayış formasında müracəət etdik, müraciətimiz araşdırıldı, doğrudan da ciddi şirkət olduğumuzu və istehsalla məşğul olduğumuzu öyrəndilər. Bu proses bir neçə ay çəkdi, bizimlə görüş keçirildi, fəaliyyətimizə baxıldı və sonda şəffaf şəkildə rezidentlik təqdim edildi».
Şirkət artıq 1 ildən sonra Ağdamda istehala başlamağı, 16-18 ay sonra isə tam gücə çıxmağı planlaşdırır. Hazırda tikinti və istehsala başlamaq üçün icazələrin və sənədlərin toplanması işləri gedir.
Yeni müəssisədə daha çox həcmdə və çeşiddə məhsulların buraxılması gözlənilir.
«İstehal həcminə gəlincə, biz 3 adda avadanlıq buraxırıq. Onların hər birindən ayda 20 ədəd, ümumilikdə ayda 60 ədəd və ildə 720 avadanlıq buraxmaq niyyətindəyik. Gələcəkdə bu rəqəm artacaq».
B.Hüseynov bildirir ki, istehsalın Bakıdan Ağdama köçürülməsi şirkətə əlavə xərc yaratmayacaq, əksinə faydası olacaq: «Çünki indiyədək də Bakıda buraxılan avadanlıqların yarıdan çoxu bölgələrə satılırdı. İndi isə Ağdamdan bu məhsulları bütün bölgələrə çatdırmaq çətin olmayacaq».
Əvəzində «Eel Electric» MMC Ağdam Sənaye Parkında nəzərdə tutulan böyük vergi güzəştlərindən faydalana biləcək: «Bu güzəştləri nəzərə alanda logistika logistika xərləri ümumiyyətlə hiss olunmayacaq»-deyə Bəxtiyar Hüseynov bildirir.
Qeyd edək ki, Ağdamdakı müəssisəyə dövlət tərəfindən ciddi güzəşlər ediləcək. «10 il müddətində istehsal olunan olunan avadanlıqlar vergidən azaddır, bu da o deməkdir ki, ölkədə istehsal edilən məhsulun qiyməti xaricdəkindən daha ucuz olacaq. Nəticədə həm keyfiyyət yüksələcək, həm də qiyməti aşağı olacaq».
Üstəlik, bu məhsullar təkcə ölkə daxilində deyil, həm də xaricə satılaaq. Bəytiyar Hüseynov bildirir ki, şirkətin Ağdamda istehsal etdiyi avadanlıqlar Rusiya, Gürcüsğan, Özbəkistan və Qazaxıstana ixrac ediləcək.
«Bizim istehsal etdiyimiz avadanlıqlar Avropa və beynəlxaln standartdara cavab verdiyinə görə, görə, məhsullar da yüksək keyfiyyətlidir».
Hazırda şirkətin istehsal etdiyi məhsullar dövlət qurumlarında və quruculuq işlərində də istifadə edilir.
«Eel Electric» MMC şirkəti bir sıra dövlət tenderlərinin aktiv iştirakçısı və təchazatçısıdır. Qarabağda isə bu proses şirkətin partnyorları vasitəsilə həyata keçirilir: «Biz Qarabağa, Laçına Kəlbəcərə mal göndəririk. Gələcəkdə isə Qarabağdakı tenderlərdə də iştirak edəcək sifarişlər əldə etməyə planlaşdırırıq. Yerli istehal, sənaye parkında rezidentlik, yaranan imkanlar, malın keyfiyyəti, qiymət siyasəti - hər şey qaydasında olarsa, niyə rəsmi tenderlərdə iştirak etməyək».
Bəxtiyar Hüseynov Azərbaycan Neft v Snaye Universitetinin tələbəsi, avtomatika fakultəsinin məzunudur, 2006-cü ildən bu sahədədir və karyerası Azərbaycanda, eləcə də Türkiyədə elektrik avadanlıqları müəssisələrində çalışıb. Nəhayət bir neçə il əvvəl Azərbaycana qayıdaraq öz şirkətini qurub.