Xəbər verildiyi kimi, daha 4 şirkət Ağdam Sənaye Parkında istehsalla məşğul olmaq üçün rezident statsu alıb. Onlardan biri «Favorit Gallery» şirkəti Ağdamda divar kağızı istehalına başlayacaq.
Eləcə də bax: Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
FED.az xəbər verir ki, artıq Ağdam Sənaye Parkında müəssisə üçün ərazi ayrılıb və bu fabrik təkcə Azərbaycanda deyil, bütün Qafqazda ilk divar kağızı müəssisəsi olacaq.
Müəssisənin rəhbəri Əli Əliyev, FED,az-a müsahibəsində bildirib ki, «Favorit Gallery» şirkəti indiyədək ölkədə divar kağızlarının öz brendi altında xaricdə istehsalı və müxtəlif ölkələrdə satışı ilə məşğul olub.
«Biz indiyədək di var kağızlarının ölkəyə idxalı ilə məşğul idik, bu divar kağızları xaricdə, Çində bizim öz brendimiz – «Mister Decor» adı altında istehsal etdirir və onu müxtəlif ölkələrdə satırıq».
Şirkət Azərbaycana da indiyədək öz markası olan «Mister Decor»u idxal edib, indi isə Ağdamda ilk dəfə olaraq müstəqil istehsala hazırlaşır. Şirkət divar kağızları bazarını yaxşı bilir və satışları təşkil etdiyinə görə, istehsala ən çox dəbdə olan divar kağızı istehsalından başlayacaq.
Əli Əliyevin sözlərinə görə, «Favorit Gallery» şirkətinin Ağdamda quracağı divar kağızı fabrikində ilkin mərhələdə gündə 2 min və ya ayda 60 minə yaxın rulon kağız istehsal ediləcək. «bunlar uzunluğu 10 metr, eni 106 santimetr olan enli oboylardır, hazırda bazarda ən çox tələb olan və satılan divar kağızları bunlardır». Gələcəkdə isə divar kağızlarının istehsal həcmi gündə 4 min rulona qaldırılacaq.
Bunun üçün müəssisədə 2 istehsal xətti qurulacaq, onlar mərhələ ilə qurularaq istehsala başlayacaq və gündə 4 min rulon həddinə nail olunacaq.
FED.az xəbər verir ki, ölkədə ilk divar kağızı fabrikinin qurulması üçün «Favorit Gallery» şirkətinə Ağdam Sənaye Parkında 1 hektar ərazi ayrılıb. Artıq yeni fabrikin tikintisi üçün layihələndirmə işləri aparılır. İstehsal avadanlıqları Çindən gətiriləcək, artıq bu avadanlıqlar sifvriş olunub, Ağdamda tikniti işləri başa çatan kimi, avadanlığın gətirilərək quraşdırma işlərinə start veriləcək.
İstehsal olunan məhsullar təkcə Azərbaycanda deyil, xaricdə də satılacaq. Əli Əliyevin sözlərinə görə, artıq şirkətin brendi - «Mister Decor» həm ölkədə, həm də xaricdə tanındığına görə, satış prosesində problem olmayacaq.
İş adamının sözlərinə görə, Ağdam Sənaye Zonasında rezident statusu almaq çətin olmayıb: «Çox rahat oldu. Layihəni təqdim etdikdə özləri də çox sevindilər. İlk belə istehsal olduğu üçün ərazi ayıranda da bizə böyük dəstək verdilər».
Burada ilkin mərhələdə 60-a yaxın insan işlə təmin ediləcək. Hazırda əsas məsələlərdən biri burada çalışacaq işçiləri tapmaqdır. Əli Əliyev deyir ki, divar kağızı istehalı mürəkkəb prosesdir, burada avadanlıqlarla çalışmağa bacaraq işsçilər tələb olunur: «İlkin mərhələdə burada 60 nəfər işçi işlə təmin ediləcək. Bunlar mütəxəssislər olmalıdır ki, bu istehsal prosesini apara bilsin, avadanlıqlarla davrana bilsinlər. Oboy istehsalı bir qədər çətin prosesdir".
Bu məsələni həll etmək üçün şirkət xaricdən – Çindən və Rusiyadan mütəxəssislər də cəlb edəcək ki, yerli işçilərə təlim keçib istehsala öyrətsinlər: «Texnoloqlar gələcəkdir ki, burada bizim işçiləri öyrətsinlər. Bir işçimiz hətta sabah Rusiyadan, Kalininqraddan gələcək».
Hələlik müəssisədə layihələndirmə işləri aparılır, bundan sonra tikinti başlayacq. İşlər nəzərdə tutulduğu kimi davam etsə, istehal prosesi gələn ilin yarısından başlanacaq: «Bizə bildiriblər ki, inşəallah tez bir zamanda tikintiyə başlaya bilərik. Layihə hazır olduqdan sonra tikintiyə başlaya bilərik. Hədəfimiz odur ki, gələn ilin (2023) ortalarına kimi istehsala başlayaq»-deyə iş adamı FED.az-a bildirib.
Fabrikin işində yaxın ərazilərdən, o cümlədən Ağdam və qonşu Tərtərdən olan sakinlər də iştirak edəcək: «Elə indi də 3 satış müdirimiz Ağdamdandır, 10 nəfər yaxın isə Tərtərli işçimiz var. Bunların sayı daha da artacaq».
Əli Əliyev bildirir ki, şirkət indiyədək satış prosesi ilə məşğul olduğuna görə, istehsal olunan oboyların satışında problem olmayacaq. «Ölkənin bütün regionlarında mağazalarımız var, bazarı satışı bilirik, satışda problem olmayacaq».
İş adamının sözlərinə görə, divra kağızı istehalı və satışı onun ailə biznesidir. Ağdamdakı yeni fabrikə ümumilikdə 7 milyon manat yaxın vəsait yatırılması və burada dünya standartlarına uyğun məhsul istehsal etmək nəzərdə tutulur.
«İnvestisiya olaraq ilkin mərhələdə 7 milyon manata yaxın investisiya sərf eləməkdir hədəfimiz. Keyfiyyət və tərkibə gəlincə, hədəfimiz dünya standartlarına uyğun bir mal istehsal eləməkdir. Xaricdən işçiləri də məhz ona görə gətiririk ki, daha təkmil iş görək».
Əli Əliyevin sözlərinə görə, Azərbaycanda ilk dəfə oboy istehsal edildiyi üçün şirkət məhsulun ən yüksək keyfiyyətdə olmasına çalışır: «Yəni Azərbaycan markası olduğu üçün, ilk fabrika-zavod olduğu üçün istəyirik ki, işimiz keyfiyyətli olmalıdır».
FED.az xəbər verir ki, indiyədək şirkət divar kağızlarını Çindəki zavodlarda istehsl edib dünyaya satırmış: «Biz əvvəl modelləri alırdıq İtaliyadan, Çində istehsal etdirib başqa ölkələrə, o cümlədən Azərbaycana da satırdıq».
İş adamının sözlərinə görə, ilkin mərhələdə eni 106 santimetr olan oboylar buraxılacaq: «Keçmiş sovet ölkələrində, Orta Şərq və Asiya ölkələrində, Özbəkistan, Qazaxıstanda bu tip oboylara tələbat var. Avadanlıqlarımız bizə imkna verir ki, 53 sm enində də oboylar buraxaq, amma hələlik tələbat eni 1 metr olanlaradır. Hazırda İtaliya və Rusiyada da əksər zavodlar bir metr üzərində işləyirlər. Biz özümüz də artıq xeyli vaxtdar xaricdən 53 santimetrlik oboy idxal etmirik».
Yeni müəssisənin qurulması ilə şirkətin idxalı daxili istehsalla əvəz olunacaq, üstəlik Azərbaycandan xaricə oboy ixracı başlayacaq: «Biz indiyə qədər də Çində istehsal etdiyimiz oboyları xarici ölkələrə, Türkiyə və Rusiyaya da satırdıq. Həmni müştərilərə Azərbaycanda istehsal olunan oboyları satacağıq».
İş adamının sözlərinə görə, ilkin mərhələdə, yəni 1 istehsal xətti çalışanda ümumi istehsal olunan oboyların 60 fazi daxili bazarda, 40 faizi isə xaricə satılacaq: «2-ci istehsal xətti işə düşdükdə isə məhsulun 40 faizi yerli bazara, 60 faizi xaricə satılmaq barədə fikirləşirik».
«Favorit Gallery»nin rəhbəri Əli Əliyevin sözlərinə görə, fabrikdə istehsal olunan oboylar işğaldan azad olunan ərazilərdə də satılacaq. Xatırladaq ki, hazırda bu rayonlarda – Ağdam, Füzuli və Səbrayılda MİDA tərəfindən çoxmərtəbəli yaşayış binaları tikilir, burada minlərlə mənzil inşa edilir və onlar sahiblərinə təmirli vəziyyətdə təqdim ediləcək. Bu o deməkdir ki, yeni müəssisə üçün daha bir satış istiqaməti yaranıb. Əli Əliyevin sözlərinə görə, şirkət artıq bu ərazilərdə tikilən binalar üçün oboy tədarük edir. Fabrik işə düşdükdən sonra bu iş daha geniş formada aparılacaq.