İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.
Eləcə də bax: Ağdamlılar Bakıdakı zavodu Qarabağa aparırlar – «MƏHSULU XARİCƏ DƏ İXRAC EDƏCƏYİK»
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 12-ə çatıb.
"Yeni rezident "NN-Tel Group" MMC parkda investisiya dəyəri 1,3 milyon manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq", - deyə nazir qeyd edib.