Həkimlər yuxusuzluğu dərman lazım olmadan aradan qaldıra bilən ərzaqları açıqlayıblar.
Azərbaycanın rayonlarında nə qədər həkim çalışır? - SİYAHI (2023)
Yuxuya getməyi asanlaşdırmaq üçün tərkibində triptofan olan ərzaqları qəbul etmək lazımdır, bunlar alma qurusu, hindquşu əti, qovun və ya günəbaxan tumudur.
FED,az xəbər verir ki, bu barədə Seçenov adına Moskva Dövlət Tibbi Universitetinin əsəb xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru Aleksey Danilov bildirib.
Yuxusuzluq nədir?
Həkim bildirir ki, əgər adam yatmağa yarım saatdan artıq vaxt sərf edirsə və ya gecə yuxudan ayıldıqdan sonra daha yata bilmirsə, bu onda yuxusuzluğun olmasını göstərir.
Əksər hallarda yuxu ilə bağlı problemlərin səbəbi həyacan, ürəyin xroniki xəstəlikləri, sistit (sidik kisəsi iltihabı) və başqa hallardır.
Bundan başqa, melatonin hormonunun azlığı da yuxuya getməyə mane olur. Bundan yaxa qurtarmağa triptofanla zəngin axşam yeməyi kömək edə bilər. Bura hind toyuğu əti, humus, qurudulmuş alma, qovun və tum aiddir. Bununla yanaşı, axşam yeməyində artıq yemək olmaz – yuxuya mane olur.
Həkim bildirib ki, yuxusuzluğa qarşı ən yaxşı vasitə gün ərzində fiziki aktivlikdir.