2023-cü ilin sonuna Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bakı şəhəri həkimlərin sayının çoxluğuna görə (22,7 min nəfər) liderdir.
Sumqayıt şəhərində 1,5 min nəfər, Gəncə şəhərində 1,1 min nəfər həkim olub.
Ən az həkim isə Daşkəsən rayonundadır - cəmi 7 nəfər.
Xocalı və Sədərəkdə isə bu göstərici 9-dur.